Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qarabağın coğrafiyasına həsr edilən kitab nəşrə hazırlanacaq
22.01.2021 16:45
  • A-
  • A
  • A+

Qarabağın coğrafiyasına həsr edilən kitab nəşrə hazırlanacaq

AMEA-nın akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası institutun direktoru, akademik Ramiz Məmmədov açaraq gündəlikdə olan məsələlər haqqında məlumat verib.

Tədbirdə 2021-ci il üçün Coğrafiya İnstitutunun elmi tədqiqat işlərinin planı, Qarabağın coğrafiyasına həsr edilmiş kitabın hazırlanması məsələləri müzakirə edilib. Qarabağ bölgəsinin coğrafi mövqeyi, relyefi, daxili suları, təbii ehtiyatları, iqlimi, torpaq və bitki örtüyü, demoqrafiyası, turizm perspektivlərinin və s. tədqiqi plana salınıb, eləcə də yeni hazırlanacaq kitabda bu məsələlərin öz əksini tapacağı bildirilib.

Daha sonra institutun struktur məsələsinə baxılıb. Qərara alınıb ki, şöbə müdiri Nizami Eyyubovun dünyasını dəyişməsilə əlaqədar, Tibbi coğrafiya şöbəsi müvəqqəti olaraq,  c.e.d. Zakir Eminovun rəhbərliyi altında Əhali və demoqrafiya şöbəsinə birləşdirilsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: