Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.01.2021 15:50
  • A-
  • A
  • A+

Akademik Nazim Məmmədov beynəlxalq konfransda məruzə ilə çıxış edəcək

Akademik Nazim Məmmədov beynəlxalq konfransda məruzə ilə çıxış edəcək

AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, akademik Nazim Məmmədov 1-3 noyabr 2021-ci il tarixlərində Fransanın Nitsa şəhərində lazerlər, optika və fotonika üzrə keçiriləcək beynəlxalq konfransda (OPTICSMEET 2021) dəvətli məruzəçi statusunda (invited speaker) çıxış etmək üçün rəsmi dəvət alıb.

Müxtəlif ölkələrdən alim, mütəxəssis, siyasətçi və sənayeçilərin iştirak edəcəyi beynəlxalq tədbirdə lazerlər, optika və fotonika sahəsinin mühüm məsələləri müzakirə olunacaq, bilik və təcrübə mübadiləsi aparılacaq.

Akademik Nazim Məmmədov OPTICSMEET 2021 konfransında “Topoloji izolyatorlarda plazmonika və fotonika” adlı məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: