Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.01.2021 14:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib

Ədəbiyyat İnstitutunda Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan səfirliyinin əməkdaşları ilə Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar olaraq tədbirlər planının hazırlanmasına dair belə bir görüşün vacib olduğunu vurğulayıb. İki qardaş ölkə arasında ədəbi əlaqələrə töhfə olaraq 2020-ci ildə institutun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 44 məqalədən ibarət xüsusi buraxılışının nəşr olunduğunu xatırladıb.

Görüşdə Özəkistan səfirliyinin birinci katibi Bəhram Qailov və səfirliyin attaşesi Aybek Əkrəmov, institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almas Binnətova, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli iştirak edib.

Çıxış edənlər həm Nizami Gəncəvinin, həm Əlişir Nəvainin ümumtürk ədəbiyyatındakı xüsusi mövqeyindən söz açıb, bu səbəbdən onların təntənəli yubileylərinin keçirilməsinin önəmindən danışıblar. Azərbaycan və Özbəkistan elmi ictimaiyyəti tərəfindən konfransların təşkil edilməsini bu yubileylərə elmi dəstək kimi qiymətləndiriblər. Müzakirələrin nəticəsi olaraq fevral ayında “Nizami və Nəvai: ənənə və novatorluq” mövzusunda konfransın təşkil edilməsi qərarı alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: