AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, gənc tədqiqatçılardan b.ü.f.d. L.Abasova və E.İsgəndərli Avropa şabalıd bitkisi üzrə şəbəkə layihəsi (EUROCASTANEA – European Chestnut Network) çərçivəsində keçirilən vebinarda qonaq qismində iştirak ediblər.
Vebinar şabalıd meyvəsində çürümə törədən invaziv endofit Gnomoniopsis castaneae göbələyi, onun diaqnostikası, yayılması, göbələyə qarşı bioloji və kimyəvi mübarizə yolları, latent infeksiyaların idarə edilməsi məsələlərinin müzakirəsinə həsr olunub.
Tədbirdə Avropanın bir sıra ölkələrindən mikoloqlar bu sahədəki ən son aparılan tədqiqatlar barədə məruzə ediblər.
Çıxışlardan sonra iştirakçıların sualları əsasında ümumiləşdirilmiş geniş müzakirə aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.