Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkda ekoloji cəhətdən zərərsiz SP-3 (Şpindel) yuyucu mayesi istehsal edilir
15.01.2021 16:49
  • A-
  • A
  • A+

YT Parkda ekoloji cəhətdən zərərsiz SP-3 (Şpindel) yuyucu mayesi istehsal edilir

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda istehsal edilən yüksək texnologiya məhsullarının yerli şirkətlərdə tətbiqi istiqamətində məqsədyönlü işlər görülür.

Bu məqsədlə istehsal olunan məhsullardan biri də öz keyfiyyəti ilə seçilən SP-3 (Şpindel) yuyucu mayesidir. Bu yuyucu vasitə pambıq istehsalında tətbiq edilən pambıqyığan kombaynların fırlanan mexanizmlərinin mütəmadi yüksək təzyiq altında yuyulması üçün geniş istifadə olunur.

Sözügedən məhsulun əsas üstün cəhəti analoqlarını tam şəkildə əvəz etməsi və qiymətinin dəfələrlə ucuz olmasıdır. Xarici analoqlarından fərqli olaraq zavodun istehsal etdiyi SP-3 (Şpindel) yuyucu mayesi təbii tərkibli olduğundan təbiətə zərər yetirmir. Belə ki, bu maye mineral yağ mühitində təbii üzvi turşuların aminlərlə birləşməsindən hazırlanır. Yuyucu mayenin saxlama şəraitinə riayət olunması vacibdir.

Qeyd edək ki, Şpindel yuyucu mayesi indiyədək bir sıra yerli şirkətlərə tətbiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: