Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
15.01.2021 16:29
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclasları, akademik Ramiz Mehdiyevin kitablarının İtaliyada nəşri, akademiyanın elmi müəssisə və təşkilatlarının “YAŞAT” Fonduna köçürdükləri ianələr, Vətən müharibəsində iştirak etmiş AMEA əməkdaşları haqqında və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdışa çağırış”, “Funksional analiz məktəbinin banisi”, “Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: