Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qarabağ bölgəsində tarixi abidələr məlum olduğundan qat-qat çoxdur
12.01.2021 13:00
  • A-
  • A
  • A+

Qarabağ bölgəsində tarixi abidələr məlum olduğundan qat-qat çoxdur

İşğaldan azad olunmuş ərazilərdə olan abidələrin sayı hazırda elmə məlum olduğundan qat-qat çoxdur.

Bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib. Onun sözlərinə görə, həmin ərazilər, xüsusən də Kəlbəcər, Qubadlı və Zəngilan arxeoloji baxımdan sovet dövründə çox zəif öyrənilib:

“Sovet hakmiyyəti döründə nisbətən geniş tədqiqat Ağdam, Füzuli və Tərtər rayonlarında aparılıb. Digər ərazilərdə də araşdırılıb, ancaq nisbətən zəif olduğu üçün orada olan abidələr haqda məlumat azdır. Qarabağ bölgəsinin təbii coğrafi şəraiti onu deməyə imkan verir ki, həmin yerlərdə olan abidələrin sayı hazırda elmə məlum olduğundan qat-qat çoxdur”.

N.Müseyibli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqat işləri planlı şəkildə həyata keçiriləcək:

“İlkin mərhələdə arxeoloji kəşfiyyat işləri aparılmadır. Bundan əlavə, bizə məlum olan arxeoloji memarlıq kompleksləri erməni vandalizminə məruz qalıblar, onların hazırkı durumu öyrənilməlidir”.

Trend.az

  • Paylaş: