Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.01.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi tərəfindən hörümçəyin 3 yeni növü aşkarlanıb

Azərbaycan alimi tərəfindən hörümçəyin 3 yeni növü aşkarlanıb

AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədovdan aldığımız məlumata görə, Azərbaycan alimi tərəfindən hörümçəyin 3 yeni növü aşkarlanıb.

Yeni hörümçəklər biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqova tərəfindən tapılıb. Hörümçəklər otbiçən növ – Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu yeni növ hörümçəklər elm üçün təsvir də edilib. Hörümçəklərin nazik, uzun ayaqları var və ot biçən formadadırlar.

Bundan başqa, Zoologiya İnstitutunun alimləri tərəfindən Azərbaycanda ev və vəhşi heyvanlar arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlanıb. Lənkəran şirin sularında ilk dəfə olaraq, Qafqaz faunası üçün 1 növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün (D.corona tuberculata) növü tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: