AMEA prezidenti, akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib ki, alimlərimizin fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir.
“Azərbaycan elminə dövlət büdcəsindən xüsusi vəsaitin ayrılmasını gözləməməliyik” söyləyən AMEA rəhbəri alimlər qarşısında vacib bir məsələnin qoyulduğunu diqqətə çatdırıb: “Akademiyada fəaliyyət göstərən gənc tədqiqatçılar özləri yeni gəlir mənbələrini tapmalıdır. Bunun üçün elmi fəaliyyəti gücləndirmək lazımdır. Alimlərimizin əsas fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir”. Akademik qeyd edib ki, bu da müxtəlif istehsal sahələrinə dair innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsinə gətirib çıxaracaq.
A.Əlizadə bu məsələ ilə bağlı konkret təklifləri diqqətə çatdırıb, AMEA-da innovativ şöbələrin sayının artırılmasının da vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.