Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunun 2021-ci il üçün elmi tədqiqat işlərinin planı təsdiq edilib
07.01.2021 15:32
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun 2021-ci il üçün elmi tədqiqat işlərinin planı təsdiq edilib

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib.

Pandemiya şəraitinə uyğun olaraq, Elmi şuranın digər üzvlərinin onlayn iştirakını təmin etməklə təşkil olunan iclası institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq  gündəlikdəki məsələlərlə bağlı məlumat verib. 

2021-ci ildə görüləcək işlərin planı və cari məsələlərin müzakirəsi ilə bağlı çıxış edən şuranın sədri O.Qasımov vurğulayıb ki, cari ildə “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində 2 mövzu üzrə 5 elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Professor əməkdaşlara dünya elminin tələblərinə cavab verən elmi istiqamətlərdə tədqiqatlar aparmaq, mövzuların aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirmək, eləcə də tədqiqatların elmi səmərəliyini artırmaqla bağlı tövsiyələrini verib. Qeyd edib ki, cari ildə nəzərdə tutulan konkret hədəflərə çatmaq üçün elmi tədqiqat institutu olaraq daha çox prioritet istiqamətlər üzrə elmi tədqiqat işi aparmalı, cəmiyyətə töhfə verməliyik.

Daha sonra cari ildə müəssisədə aparılacaq elmi tədqiqat işlərinin əhatəli planı barədə müzakirələr aparılıb. Müzakirələrdə müəssisənin laboratoriya müdirləri b.e.d., professor Tokay Hüseynov, b.e.d. Kərim Qasımov, b.e.d İlham Şahmuradov çıxış edərək öz təkliflərini bildiriblər. Müzakirələr nəticəsində Biofizika İnstitutunun 2021-ci il üçün tədqiqat işlərinin planı Elmi şuranın qərarı ilə təsdiq edilib.

Sonda institutun 2021-ci il üçün əhatəli planının hazırlanaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: