Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” adlı kataloq çapa hazırlanır
13.01.2015 00:00
  • A-
  • A
  • A+

“İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” adlı kataloq çapa hazırlanır

AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” adlı kataloq çapa hazırlanır.

Tarix Muzeyinin Etnoqrafiya şöbəsinin əməkdaşı, t.ü.f.d. T.Şiriyevin müəllifi olduğu kataloqda muzeydə qorunan müxtəlif çeşidli quranqabı, namazlıq (canamaz), möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül və başqa dini təyinatlı materialların daxil olduğu 600-ə yaxın eksponat əsasında xalqımızın məişət həyatında islam dininin yeri və rolu haqqında ətraflı məlumat verilir.

Müəyyən elmi mülahizələrin də yer aldığı kataloqda xalqın inanc sistemi ilə bağlı ənənəvi mərasimlər, ayinlər, geyim elementləri, ibadət vasitələri və s. təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: