Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2020 10:27
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin illik hesabatlara həsr olunan hibrid onlayn iclası keçirilib

Kimya Elmləri Bölməsinin illik hesabatlara həsr olunan hibrid onlayn iclası keçirilib

Dekabrın 28-də AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş hibrid onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vit­se-prezidenti, akademik İbrahim Quliyev, vit­se-prezident, akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəh­­bər­ləri, elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, həm­çi­nin əldə edilmiş mühüm elmi nə­ti­cə­lə­rin müəllifləri, İcti­maiy­yət­lə əlaqələr, Təhsil və Beynəlxalq əlaqələr şö­bə­lə­ri­nin müdirləri, həmçinin həm­karlar təşkilatla­rı­nın nü­ma­yən­də­ləri, gənc alim və mütəxəssislər şuralarının sədr­lə­ri iştirak edib­lər.

Öncə Vətən müharibəsində şəhid olan hərbçilərimizin və il ərzində vəfat edən bölmə üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, KEB-in Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev açaraq iclasın bölməyə daxil olan  müəssisələrin 2020-ci ildə aprılmış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına həsr edildiyini bildirib.

Sonra akad. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru Hikmət İbrahimov təmsil etdiyi qurumda cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr barədə məlumat verib. Alim bildirib ki, hesabat ilində müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 7 mühüm nəticə əldə edilib. Əldə edilən nəticələrin 59-u "Web of Science" bazasında indekslənən jurnallarda olmaqla 186 elmi əsərdə, 9 kitab və monoqrafiyada, 19 yeni patentdə öz əksini tapıb, tətbiq üçün 10 iş tövsiyyə edilib. 2020-ci ildə institut əməkdaşlarının nəşrlərinə 945 istinad verilib. Həmçinin aparılan elmi-tədqiqat işlərinin nəticələri, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin elmi əhəmiyyəti və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verilib.

Daha sonra akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə müəssisədə aparılan elmi-tədqiqat  işləri nəticəsində 7 mühüm elmi nəticə əldə olunub, 3 iş tətbiq üçün tövsiyə edilib. Aparılmış tədqiqatların nəticələri 2 kitab, 135 məqalədə, o cümlədən xaricdə 89,  respublikada 46 məqalədə çap olun­­­­­­­­ub. Cari il ərzində 64 məqalə  "Web of Science",  7 məqalə  "Scopus" və 18 mə­qa­­lə di­gər beynəlxalq bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü görüb. Bundan əlavə, hesabat dövründə 4 monoqrafiya, bir biblioqrafiya, 11 patent alınıb, 3  beynəlxalq və 10 yerli qrant layihələri davam etdirilib. Beynəlxalq elmi əməkdaşlıq üzrə 10 birgə məqalə çap olunub və 3 qrant layihəsi üzrə görülən işlərin davamı həyata keçirilib. O bildirib ki, bu il institut alimlərinin əsərlərinə 1025 istinad qeydə alınıb.

Sonra akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisənin cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Akademik bildirib ki, AKİ-nin əməkdaşları tərəfindən 2020-ci ildə institutun elmi problemi üzrə 4 mühüm nəticə əldə olunub. İl ərzində 42 elmi məqalə, o cümlədən  onlardan  13-ü respublikada, 29-u xaricdə (13 məqalə  "Web of Science"  və "Scopus" bazalarında, 3 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunub. Həmçinin cari ildə 20 patent alınıb, müəssisə əməkdaşlarının məqalələrinə 300-ə yaxın istinad edilib.

Tədbirdə Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov rəhbərlik etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, institutda cari ildə aparılan elmi-tədqiqat işləri 4 mühüm nəticə ilə yekunlaşıb. Aparılan tədqiqat işlərinin nəticəsi 1 monoqrafiya, 6 patent, 68 çap olunmuş məqalədə öz əksini tapıb. Məqalələrdən 21-i pespublikada, 47-si xaricdə, o cümlədən 7 məqalə "Web of Science" və "Scopus" bazalarında referatlaşan jurnallarda işıq üzü görüb. Cari ildə 3 iş tətbiq üçün tövsiyə edilib.

Sonra çıxış edən akademik Dilqəm Tağıyev tətbiqi işlərlə, o cümlədən respublika iqtisadiyyatına töhfə verə bilən elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, xüsusilə ölkəyə idxal olunan məhsulların yerli məhsullarla əvəz edilməsi sahəsində görülən işlərə diqqət artırılmalıdır.

Aparılan müzakirələrdə akademiklər - Adil Qəribov, Abel Məhərrəmov və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda KEB-nin Ümumi yığıncağı Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2020-ci ildə apa­rıl­mış elmi-tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: