Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi" kitabı işıq üzü görüb
28.12.2020 16:03
  • A-
  • A
  • A+

"Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi" kitabı işıq üzü görüb

AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı nəşr olunub.

Kitab görkəmli ədəbiyyatşünas-alim və publisist, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 90 illik yubileyinə töhfə olaraq çap edilib. “Sənətkarın elmi pasportu seriyası”nın 17-ci nəşri olan “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 dekabr 2020-ci il tarixli qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Rəyçisi filologiya elmləri doktoru Rəhim Əliyevdir.

Monoqrafiyada professor Teymur Əhmədovun həyatı və mühitinə, elmi və bədii yaradıcılığına ümumi nəzər yetirilib. Tədqiqatın birinci, ikinci, üçünücü və dördüncü fəsillərində görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dramaturgiya və nəsri, publisistikası və ədəbi-tənqidi görüşlərinə elmi-nəzəri baxış ifadə olunub. Beşinci fəsildə Teymur Əhmədov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı kimi diqqət obyektinə çəkilib. Monoqrafiyada onun milli mətbuat tarixi və jurnalistika sahəsində fəaliyyətindən də bəsh olunur. 272 səhifəlik monoqrafiya yeddi fəsildən və nəticədən ibarətdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: