Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Nailə Vəlixanlının 80 illik yubileyinə həsr olunan məqalələr toplusu hazırlanıb
28.12.2020 14:11
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının 80 illik yubileyinə həsr olunan məqalələr toplusu hazırlanıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Tarix və mədəniyyət. Faktlar və dəyərlər” adlı elmi məqalələr toplusu nəşr olunub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlının 80 illik yubileyinə həsr edilən topluda tarixin, şərqşünaslığın, arxeologiyanın, epiqrafikanın, etnoqrafiyanın, sənətşünaslığın, mənbəşünaslığın, tarixşünaslığın, muzeyşünaslığın müxtəlif məsələlərinə dair elmi məqalələr yer alıb.

Kitabda Azərbaycan, Türkiyə, Çin, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna alimlərinin 50-dən çox məqaləsi dərc olunub. Məqalələr toplusunun məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: