Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

12.01.2015 00:00
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib

Akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib

Yanvarın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

İkihissəli bədii-sənədli film akademik Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib.

Ssenari müəllifi Eldar İskəndərzadə olan bu ekran əsəri Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib.

Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsində gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında maraqlı hekayətdir. “Fədakar” filmində onun ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.

Filmdə görkəmli geoloq alimin neft sənayesinin inkişafına verdiyi töhfələr, yeni neft-qaz yataqlarının kəşf olunmasında xidmətləri bir daha diqqətə çatdırılıb.

Ekran əsərinin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: