Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İlk dəfə “Güney Azərbaycan uşaq ədəbiyyatı antologiyası” çap olunub
28.12.2020 13:01
  • A-
  • A
  • A+

İlk dəfə “Güney Azərbaycan uşaq ədəbiyyatı antologiyası” çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru  Esmira Fuadın tərtibçisi, “Ön söz” və izahların müəllifi olduğu “Güney Azərbaycan uşaq ədəbiyyatı antologiyası” işıq üzü görüb.

“Güney Azərbaycanda uşaq ədəbiyyatının inkişafı çağdaş ədəbi prosesin əsas prioritetlərindən biridir...” başlıqlı “Ön söz”də müəllif kitab haqqında ətraflı məlumat verib.

Kitabın baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Fikrət Süleymanoğlu və Süsən Nəvadeye Rəzidir. Nəşrin rəyçiləri Ədəbiyyat İnstitutunun əməkdaşları - professor Məhərrəm Qasımlı, dosentlər Elnarə AkimovaAygün Bağırlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyəsi və layihəsi əsasında “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

İlk dəfə nəşr olunan antologiyaya Güney Azərbaycan şair və yazıçılarının son yüz əlli ildə yaratdıqları zəngin uşaq ədəbiyyatı xəzinəsindən fərqli janr və üslublara aid poeziya, nəsr və dramaturgiya nümunələri daxil edilib. Bu əsərlər Güneydə uşaq ədəbiyyatının ideya-məzmun və sənətkarlıq baxımından inkişafını izləmək, qiymətləndirmək üçün faydalı qaynaqlardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: