Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimi keçirilib
12.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimi keçirilib

Yanvarın 9-da AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Milli Atlası indiyə kimi çap edilmiş mükəmməl mənbə kimi qiymətləndirib, ölkəmizin dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bildirib ki, AR Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası”nın çapının təmin edilməsi” haqqında 2011-ci il 20 aprel tarixli Sərəncamına əsasən hazırlanmış atlas əhatəli elmi məlumatları ehtiva etməklə, ölkəmiz haqqında dolğun təsəvvür yaradır.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bioresurslar İnstitunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, dosent Ələkbər Qasımov çıxış edərək Milli Atlas haqqında ətraflı məlumat veriblər, atlasın ölkəmizi tanıtmaq baxımından əhəmiyyətli mənbə olacağını bildiriblər.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ən mükəmməl kartoqrafik nəşrdir. Atlasda geniş elmi məlumatlarla yanaşı, xəritələr, cədvəllər, qrafiklər və Azərbaycanın illüstrasiyalı slaydları verilib.

Kartoqrafik təsvir yalnız Azərbaycan dilində, xəritələrin izahlı mətni isə 3 dildə verilib. Atlasda Azərbaycanın inzibati quruluşu, tarixi, təbiəti, florası, faunası, iqtisadiyyatı, mədəniyyəti və turizmi haqqında ətraflı məlumat yer alıb.

10 bölmədən ibarət olan Milli Atlas 800-dən çox xəritələri ehtiva edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: