Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İnsan inkişafı və yaşayış  keyfiyyəti” kitabı çap olunub
25.12.2020 15:06
  • A-
  • A
  • A+

“İnsan inkişafı və yaşayış keyfiyyəti” kitabı çap olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəlil Quliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənovun birgə müəllifliyi ilə “İnsan inkişafı və yaşayış keyfiyyəti” adlı monoqrafiya nəşr edilib.

Kitabda iqtisadi artımla insan inkişafının qarşılıqlı əlaqəsinin elmi-nəzəri əsasları, iqtisadi artımla insanların imkan bərabərliyinin qarşılıqlı əlaqələri, Azərbaycanda davamlı inkişaf və əhalinin yaşayış keyfiyyətinin dəyişməsi meylləri araşdırılıb. Azərbaycanda əhalinin həyat keyfiyyəti təhlil olunmuş və yaxşılaşdırılması istiqamətində təkliflər verilib.

Kitabın elmi redaktoru Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva, rəyçilər isə iqtisad elmləri doktoru, professor Rövşən Quliyev və iqtisad üzrə fəlsəfə doktoru Rəşad Hüseynovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: