Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA prezidenti ingiltərəli professorla görüşüb
12.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti ingiltərəli professorla görüşüb

AMEA prezidenti, akademik Akif Əlizadə İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru, professor Devid Mundi ilə görüşüb.

Görüşdə A.Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar barədə danışıb, müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb.

D.Mundi Kembric Universitetindəki təhsil prosesi ilə bağlı ətraflı məlumat verib.

Görüşdə Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından, akademiyada magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. Dünya təcrübəsində tətbiq olunan geoloji kəşfiyyat, fiziki, kimyəvi metodlardan da söz açan A.Əlizadə rəhbərlik etdiyi qurumun bu sahədə ciddi uğurlar qazandığını söyləyib.

Sonda Kembric Universiteti ilə AMEA-nın elm, təhsil mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: