Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli geoloq-alim dünyasını dəyişib
24.12.2020 15:00
  • A-
  • A
  • A+

Görkəmli geoloq-alim dünyasını dəyişib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hikmət Mahmudov 84 yaşında  dünyasını dəyişib.

GGİ-də1966-cı ildən işləyən Hikmət Mahmudovun rəhbərlik etdiyi şöbə əsasən petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamət­lərin inkişafı prosesinin müəyyənləşdirilməsi, geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləş­diril­məsi, Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi və onların müasir elmi səviyyədə araşdı­rılması üzərində uğurla işləyib.

Belə ki, ölkəmizdə petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılmış elmi-tədqiqat işlərinə dair 2000-dən çox lazımi elmi materiallar əldə edil­miş, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparıl­mışdır. Həmçinin bu və digər işlər üzrə Azərbaycanın müxtəlif geodina­mik mənşəli region­larında aparılmış elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmiş­dir. Eləcə də perlitlərin, habelə kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, tikinti və digər sahələrdə tətbiq olun­ması prosesləri sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilərək bir neçə müəlliflik şəhadətnamələri alınmışdır.

Qocaman alim həm də poeziya vurğunu idi. Bir neçə şeir kitabı işıq üzü görmüşdü.

Görkəmli geoloq-alim, şair Hikmət Mahmudovun işıqlı xatirəsi onu tanıyanların yaddaşında daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: