Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İslam fəlsəfəsinə dair kitab çapdan çıxıb
22.12.2020 14:53
  • A-
  • A
  • A+

İslam fəlsəfəsinə dair kitab çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarlı və Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun həmmmüəllifi olduqları “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” adlı kitab çapdan çıxıb.

Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, elmi rəyçiləri – Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.

Kitabda İslam dünyasındakı fəlsəfi düşüncə fəaliyyətinin əsas istiqamətləri, problemləri və nümayəndələri oxucuya təqdim olunur. Əsərdə, həmçinin İslam fəlsəfəsinin mahiyyəti, onun İslam mədəniyyəti və düşüncəsindəki yeri, əhəmiyyəti və bu fəlsəfənin əsasını təşkil edən təməl mənbələr haqqında mühüm məlumatlar əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: