Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qiymətli metalların innovativ hasilat texnologiyası
06.01.2015 00:00
  • A-
  • A
  • A+

Qiymətli metalların innovativ hasilat texnologiyası

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının apardığı elmi-texniki tədqiqat əsasında Elmi İnnovasiyalar Mərkəzi tərəfindən “Qiymətli metalların quyu vasitəsilə hasilatının innovativ texnologiyası” adlı innovativ biznes layihəsi hazırlanıb.

Layihə qızıl, gümüş və digər qiymətli metalların yeni yeraltı texnoloji üsulla çıxarılmasını əhatə edir. Alimlərin işləyib hazırladıqları mobil texnoloji pilot qurğusu metalları filizlərdən bilavasitə yatım yerində çevrəyə qaytarılan zərərsiz məhlullarla yuyub çıxarma imkanını yaradır. Avtomatik rejimdə çalışan və avtomobil qoşqusu içində qurulan mobil kompleks az ehtiyatlı, dərində yerləşən filizlərin işlənməsini qazanclı şəkildə təmin edə bilir. Bu texnologiya Böyük və Kiçik Qafqazın bəzi qızıl yataqlarında sınaqdan keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: