Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
03.12.2020 10:30
  • A-
  • A
  • A+

Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb

Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.

Aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib, bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu söyləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: