Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA əməkdaşı “Müasir nağıl” müsabiqəsində 2-ci yerə sahib olub

AMEA əməkdaşı “Müasir nağıl” müsabiqəsində 2-ci yerə sahib olub

Azərbaycan Yazıçılar Birliyinin, respublikamızın bir sıra nüfuzlu xəbər saytlarının təşkilatçılığı və informasiya dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Müasir nağıl” müsabiqəsi keçirilib.

Müsabiqənin əsas məqsədi Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişafına və təbliğinə töhfə vermək, eləcə də yeni nağıl qəhrəmanlarının yaradılmasına imkan yaratmaq olub.

Müsabiqəyə təqdim olunmuş nağıllar xalq yazıçısı Çingiz Abdullayev, yazıçı və şair Qəşəm Nəcəfzadə, yazıçı-professor Zahid Xəlil, şair və tərcüməçi İlyas Tapdıq, uşaq ədəbiyyatı yazıçısı Gülzar İbrahimova kimi ədəbiyyat sahəsinin tanınmış simaları tərəfindən qiymətləndirilib. Nəticələrə görə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Elmi-Təşkilat İdarəsinin rəis müavini Vüqar Haqverdiyevin yazdığı nağıl müsabiqədə 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqə qalibləri Nar Mobile şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb və müsabiqədə ilk üç yerə çıxan nağıllar uşaqlar üçün illüstrasiyalı kitab şəklində çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: