Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix Muzeyinin əməkdaşlarının məruzələri beynəlxalq topluda dərc edilib
30.11.2020 10:49
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşlarının məruzələri beynəlxalq topluda dərc edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva, dosent Sevinc Vahabova və tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın məruzələri Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bulqar şəhərində keçirilmiş “Milli ilahiyyat məktəbinin yaranması və inkişafı kontekstində İslam araşdırmaları təcrübəsi” adlı beynəlxalq elmi-praktiki konfransın materialları toplusunda dərc edilib.

Topluda Nərgiz Əliyevanın “Azərbaycanın elm və mədəniyyət xadimlərinin xilafətin mədəniyyət mərkəzlərində fəaliyyəti”, Sevinc Vahabovanın “Türk xalqlarının silah istehsalı ənənələrinə islam mədəniyyətinin təsiri” və Aygün Məmmədovanın “Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan Cuçi sikkələrindən ibarət dəfinələr islamşünaslığın faktiki materialı kimi” adlı məruzələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: