Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin Fransa prezidentinə ünvanladığı açıq məktuba cavab verilib
25.11.2020 10:50
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin Fransa prezidentinə ünvanladığı açıq məktuba cavab verilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Sorbon və Sofiya-Antipolis universitetlərinin fəxri professoru, dosent Zöhrə Əliyevanın Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı açıq məktuba cavab gəlib.

Z.Əliyeva bildirib ki, cavab mətnində E.Makrona ünvanlanan məktubun diqqətlə oxunacağı, Fransa prezidenti və onun kabinetinin məlumatlandırılacağı əksini tapıb: "Ən qısa müddətdə məktuba cavab göndəriləcək. Həmin cavab müvafiq saytda və sosial şəbəkələrdə yayımlanacaq".

Qeyd edək ki, azərbaycanlı alimin sözügedən məktubunun ərəb dilində variantı Misir mətbuatında da dərc olunub. Z.Əliyeva məktubun mətnini hazırlayan zaman araşdırmalar apardığını, Fransa-Azərbaycan əlaqələrinin 300 illik tarixi barədə əlavələr etdiyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: