Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Vikipediya” ensiklopediyasında informasiya müharibəsi davam edir
24.11.2020 12:41
  • A-
  • A
  • A+

“Vikipediya” ensiklopediyasında informasiya müharibəsi davam edir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova AzTV-nin “Telesəhər” verilişinə müsahibə verib.

O bildirib ki, internetin uzun zamandır savaş meydanına çevrildiyi heç kimə sirr deyil. Bu ilin sentyabr ayının 27-də təxribata əl ataraq atəşkəs rejimini pozan Ermənistan eyni zamanda vir­tual məkanda feyk xəbərlərə və dezinformasiyaya söykənən informasiya müharibəsini də kəs­kin­ləş­dirib.

İradə Ələkbərovanın fikrincə, mənfur düşmən “Vikipediya” açıq ensiklopediyasında da ölkəmizə qarşı qarayaxma, yalan, böhtan xarakterli məlumatlar yaymaqdan çəkinmir. Alim diqqətə çatırıdıb ki, bu gün “Vikipediya” açıq ensiklopediyası 300 dildə fəaliyyət gös­tə­rir, qey­diy­yat­dan keçmiş istifadəçilərinin sayı 93  milyona yaxındır. Dünyanın ən populyar 10 saytı sırasında yer alan açıq ensiklopediyada ingilisdilli məqalələrin sayı altı milyondan çoxdur.

İradə Ələkbərovanın sözlərinə görə, erməni əsilli “Vikipediya” istifadəçiləri və onların ha­va­dar­ları uzun zamandır dünya ictimaiyyətini əsassız, yalan məlumatlarla aldatmağa çalışırlar.

İnformasiya Texnologiyaları İnstitutunda viki-kurslar keçmiş könüllülərdən ibarət viki-qrup “Vikipediya” qaydalarına əsasən ermənipərəst viki-istifadəçilərin qərəzli ma­te­rial­larını, dezinformasiyalarını silməyə başlayıblar. Belə ki, virtual ensiklopediyanın qaydalarına əsa­sən, etibarlı mənbəyə söykənməyən məlumatların işıqlandırılması qadağandır.

44 gün davam edən Vətən müharibəsi günlərində “Azərbaycan ordusunun sıra­la­rın­da muzdluların döyüşməsi” haqqında erməni tərəfinin yaydığı qarayaxma məqsədli məlumatlar sü­bu­ta yetirilən mötəbər mənbələrə əsaslanmadığına görə virtual məkandan silinən məlu­mat­lar­dan­dır.

İradə Ələkbərova tamaşaçıların diqqətinə çatdırıb ki, müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağında olan yaşayış məntəqələrimizi, yüksəkliklərimizi azad etdikcə informasiya cəbhəsində vuruşan viki-könüllülərimiz də onlayn ensiklopediyada iş­ğal­dan azad olunmuş Azərbaycan torpaqlarının tarixi-coğrafi adlarının bərpa oluunması, eləcə də dün­ya ictimaiyyətinə düzgün şəkildə tanıdılması istiqamətində də fəal iş aparıblar. Ermənilər tərəfindən adları dəyişdirilən tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub. Belə ki, mənfur düşmənin “Vikipediya”da “Şuşi” kimi tanıtmağa çalışdığı qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin öz tarixi adı qaytarılıb. 

İradə Ələkbərova Azərbaycan xalqının igid əsgər və zabitləri haqqında viki-könüllülər tərə­findən yaradılan onlayn məqalələrdən də danışıb. Qeyd edib ki, en­sik­lo­pe­diyanın rus dili layihəsində Milli Qəhrəman, polkovnik Şükür Həmidov, eləcə də generallarımız Polad Həşimov, Hikmət Həsənov, Hikmət Mirzəyev, Mais Bərxudarov haqqında geniş ma­te­rial­lar onlayn ensiklopediyanın istifadəçilərinə təqdim edilib.

Müsahibə zamanı “Telesəhər”in tamaşaçılarına bildirilib ki, Dağlıq Qarabağ əra­zisində gedən döyüşlərin xronologiyası (2020-ci ildə), ermənilərin Gəncə, Bərdə, Tərtər, eləcə də öl­kə­nin digər şəhər və rayonlarında dinc əhaliyə qar­şı törətdikləri terror aktları haqqında kifayət qədər geniş məlumatlar verilib.

İradə Ələkbərova vurğulayıb ki, Azərbaycaanın tarixi, ərazi bütövlüyü, Qarabağ mədəni mühitinin  tarixi memarlıq və di­ni abidə­lə­ri, folk­lo­ru­ və s. haqqında rus və ingilis dilində yeni-yeni məqalələrin yaradılması prosesi davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: