www.science.az
26.12.2014 00:00

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalı ilə təltif olunub

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və komporativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.

Dekabrın 24-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Avropa Nəşr Mətbu Evi”nin direktoru və mükafat komissiyasının sədri Şöhrət Səlimbəyli alimə Qızıl medal və diplomu təqdim edib.

Ş.Əlibəyli bu mükafata milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətdəki fəal ziyalı mövqeyi, uğurlu elmi-tədqiqatları, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və ölkədə filologiya elminin inkişafına göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.