Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2020 14:50
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Yeni Azərbaycan Partiyası ərazi təşkilatının, Həmkarlar təşkilatının, Gənc Alim və Mütəxəssislər, eləcə də Qadınlar şuralarının üzvləri Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, şəhidlərimizin ruhuna dualar oxuyublar.

Bir daha vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: