Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qarabağ həqiqətləri ərəb və fars dillərində Şərq dünyasına çatdırılıb
16.11.2020 14:07
  • A-
  • A
  • A+

Qarabağ həqiqətləri ərəb və fars dillərində Şərq dünyasına çatdırılıb

İkinci Qarabağ müharibəsi dövründə döyüş meydanı ilə yanaşı, informasiya müharibəsində də ikiüzlü siyasət yürüdən Ermənistan hər zaman olduğu kimi layiqli cavabını aldı.

Ermənistanın siyasi-hərbi hakimiyyətinin terror və işğalçı davranışları haqqında məlumatların dünyaya çatdırılmasında AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçiləri Elnur Mustafayev və Samid Bağırov da fəal iştirak ediblər.

Əlcəzair Dövlət Radiosuna, İraqın “əl-İtticah” və “əl-Afaq”, İranın “əl-Aləm”, Livanın “əl-Məyadin” televiziya kanallarına, həmçinin Livanın “U.NEWS” informasiya agentliyinə və “İslami Media Qurumları Birliyi” kimi Şərq mətbuatının geniş izləyici kütləsinə malik media orqanlarına müsahibələr verən azərbaycanlı şərqşünaslar, xüsusilə mülki əhaliyə qarşı erməni terroru, azyaşlıların qətlə yetirilməsi kimi həssas məqamlara toxunublar.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: