Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında şanlı zəfərimizə dair bir çox məqalə yer alıb
13.11.2020 16:54
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında şanlı zəfərimizə dair bir çox məqalə yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 21-ci nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan xalqına böyük qələbə müjdəsini verdiyi müraciəti yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA Rəyasət Heyətinin Azərbaycanın tarixi zəfərinə həsr olunan iclası və bəyanatı, Postkonflikt ərazilərin bərpasına həsr olunan tədbir, eləcə də akademiyanın elmi müəssisə və təşkilatlarında Qarabağ savaşında əldə edilən qələbənin qeyd edilməsi, Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı, “Elektron Qarabağ” konsepsiyasının müzakirəsi, yeni nəşrlər və elmi yeniliklərlə tanış ola bilərsiniz.

Bundan əlavə, “Qalib Ali Baş Komandanın böyük qələbəsi”, “Qarabağ müharibəsində əldə olunan nəticələr Azərbaycanın qazandığı tarixi qələbədir”, “Qələbə müjdəsi”, “Ordunu qüdrətli edən onun bayrağıdır”, “Qarabağın arxeoloji mədəniyyətləri”, “Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin bərpası deməkdir”, “Yüksək molekullu birləşmələr kimyası sahəsində tanınmış alim” sərlövhəli məqalələr də oxuculara təqdim olunur.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində də maraqlı məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: