Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” kitabı işıq üzü görüb
13.11.2020 14:50
  • A-
  • A
  • A+

“Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın  “Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” adlı kitabı çap olunub.

Kitab ölkə başçısının 17 yanvar 2019-cu il tarixli “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən işıq üzü görüb.

Kitabın elmi redaktoru və “Mollanəsrəddinşünaslıqda yeni imza” adlı “Ön söz”ünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd və Allahverdi Məmmədlidir.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti, çoxsaylı rubrikaları tədqiqata cəlb olunub. Bu tədqiqatda jurnalın milli istiqlal uğrunda mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ mövzusu və “Molla Nəsrəddin”in türkdilli xalqların satirik mətbuatına təsiri məsələləri tarixi-müqayisəli və elmi-nəzəri aspektdən təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: