Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarixi zəfər!
13.11.2020 15:48
  • A-
  • A
  • A+

Tarixi zəfər!

Artıq vətən həsrətimizə son qoyulur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev anadan olduğum Zəngilan rayonunun azad olunması xəbərini verməklə bütün zəngilanlılara yeni həyat bəxş etdi. Bu sevinc hissini sözlə ifadə etmək çox çətindir... İllərdir ürəyi torpaq, yurd həsrəti ilə alovlanıb yanan vətəndaşlarımız indi tarixi qələbə xəbərini böyük qürur hissi ilə qarşılayırlar.

Dünyaya göz açdığım Zəngilan rayonunun Şərifan kəndinin erməni qəsbkarlarının işğalından azad edilməsi xəbəri gözlərimizdə sevinc yaşlarının axmasına səbəb oldu, ürəklərimizdə qürur hisləri, beyinlərimizdə əsl xoşbəxtlik duyğuları yaratdı.

Anadan olduğum Şərifan kəndi doğma Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biridir. Həkəri çayı ilə Araz çayının qovuşduğu məkanda yerləşən Şərifan kəndi Babək Xürrəmi, Qaçaq Nəbi kimi igidlərin oylağı olmuşdur. Tarixi adı Şəhri-Şərifan olan kəndimizdə Orta əsrlərə aid qədim bir şəhərdən qalma bəzi tikililər mühafizə olunmuşdu. Babək Xürrəmi ilə bağlı orta əsrlərə aid yazılan mənbələrdə Şəhri-Şərifan oykoniminin adı tez-tez çəkilir. Qaçaq Nəbinin çar müstəmləkəçilərinə qarşı apardığı mübarizələrə Həkəri çayının sahilində yerləşən bu kənd çox şahidlik etmişdir. Vaxtilə kəndimizdə arxeoloqlar tərəfindən qazıntılar aparılmış və çoxlu qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilmişdi. Kəndimizdə XII əsrə aid sərdabə var idi. Eyni zamanda orta əsrlərə aid hamam kompleksinin bəzi hissələri mühafizə edilmişdi. Təəssüf ki, erməni vandalları tərəfindən həmin abidələr indi məhv edilmişdir. Bir sözlə, Şərifan kəndi qədim bir Azərbayan şəhərinin izlərini yaşadan monumental tarixi məkandır.

Tanınmış ərəb tarixçisi Həmdullah Qəzvini Zəngilan şəhərinin əsasının VI əsrdə qoyulduğunu qeyd edirdi. Orta əsrlərə aid ərəbdilli mənbələrdə Zəngilan adı Santgelan şəklində qeyd olunmuşdur. Unikal bir coğrafiyada, Aran Qarabağla qədim Zəngəzur mahalının qovşağında yerləşən Zəngilan rayonunun ərazisi həm İranla, həm də Ermənistanla həmsərhəddir. Bu baxımdan Zəngilan rayonunun ərazisi ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyır. Zəngilan doğma Azərbaycanımızın adını daima ucaldan oğullar vətənidir. XIX əsrdə Qasım bəy Zakir və Xurşud banu Natəvanla yaxın dostluq əlaqələri olan Məhəmməd bəy Aşiq Zəngilani klassik poeziyamızı öz lirik şeirləri ilə bəzəmişdir. 1929-cu ilə qədər Zəngilanın ərazisinə daxil olan, sonradan isə Ermənistanın Mehri rayonuna zorla birləşdirilən (xatırladım ki, həmin birləşdirilmə yalnız 1969-cu ildə rəsmiləşmişdir) Nüvədi kəndi Azərbaycanımızda ən çox alimlər yetişdirən, onlarla akademik və professorun doğulduğu kəndlərdən biridir. 20 noyabr Qarakənd faciəsinin qurbanlarından biri olan, erməni qaniçənlərinə amansız zərbələr vuran sabiq Daxili İşlər naziri, general-mayor Məhəmməd Əsədov Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdu. Dünyada ikinci, Avropada birinci olan Bəsitçay çinar meşəsinə, Vejnəli qızıl yataqlarına, Qotur su kimi min bir dərdin dərmanı olan mineral sulara, qədim yaşayış məskənləri olan mağaralara, qızıl balıqları ilə məşhur olan büllur kimi saf sulu Həkəri çayına sahib olan doğma Zəngilanımın azad olunması bizə sonsuz sevinc bəxş edir. Nəinki Zəngilanımız, azad edilmiş hər bir kəndimiz, qəsəbəmiz, rayonumuz, şəhərimiz bizlər üçün çox əzizdir, çox müqəddəsdir.

Çox sevindirici haldır ki, bu gün torpağa sonsuz sevgisi olan, vətən uğrunda canından keçməyə hər an hazır olan gənc nəsil yetişir. Şəhid generalımız Polad Həşimovun qisasını alan, bir erməni generalını və iki erməni polkovnikini yalın əlləri ilə boğub məhv edən, onlarla döyüşçü dostunun həyatını xilas edən şəhid əsgərimiz Cəbrayıl Dövlətzadə Zəngilan torpağının yetirməsidir. Bu müqəddəs Vətən müharibəsində Azərbaycanımızın hər bir bölgəsindən olan oğullarımız hərb sənətinin tarixinə qızıl hərflərlə düşən qəhrəmanlıq nümunəsi, cəngavərlik rəşadəti göstərdilər. Bu müqəddəs missiyalı Vətən müharibəsində sağlamlığını itirən hər bir əsgərimizə ulu Tanrıdan şəfa diləyirəm. Bu Vətən müharibəsində döyüşən hər bir əsgərimiz milli qəhrəmanımızdır, qürur mənbəyimizdir. 

Şuşa şəhərinin azad olunması bütün millətimizin tarixi qələbəsidir, mənəviyyatımızın təntənəsidir. Şuşa şəhəri bütün azərbaycanlıların mədəniyyət mərkəzi, musiqi beşiyidir, Azərbaycanımızın incisidir. Şuşa  şəhəri Xurşud banu Natəvan, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Xan Şuşinski, Seyid Şuşinski, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Cabbar Qaryağdıoğlu, Bülbül kimi nəhəng şəxsiyyətlərin vətənidir. Onların da ruhu bu qələbə sevinci ilə öyünür. Azad olunan hər qarış torpağımız bizim üçün çox müqəddəsdir. Azad edilmiş hər qarış torpaq şəhid qanı ilə sulanıb. Biz bu zəfərlə gələcək nəsillərimizə böyük bir qəhrəmanlıq məktəbi yadigar qoyduq.

Mən bu sətirləri qürur və sevinc hisləri ilə yazıram. Müzəffər ordumuzun döyüş meydanındakı qələbəsi xalqımızın, dövlətimizin və dövlətçiliyimizin  tarixi zəfəridir.

Bu müqəddəs müharibədə igid oğullarımızın od püskürən nəfəsinin qarşısında mənfur, qaniçən, şərəfsiz düşmən can verdi. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın qəhrəmanlıq tarixinə yeni bir zəfər salnaməsi yazıldı. Şəhidlərimizin ruhu sevindi. Xocalının, Ağdabanın, Kərkicahanın, Qaradağlının qisası alındı. Vətən həsrətinin yanğısı ilə dünyalarını dəyişmiş ata-analarımızın ruhu dilə gəldi. Dövlət və xalq birliyinin sarsılmaz üzvi vəhdəti müzəffər ordumuzu böyük tarixi qələbəyə doğru apardı.

Bu gün döyüş meydanında Azərbaycan əsgəri Azərbaycan kişisinin qürurunu, əzəmətini yenidən diriltdi. Azərbaycan kişisinin Cahandar ağa, Abbasqulu bəy Şadlinski, Kərbalayı İsmayıl xarakteri bir daha döyüş meydanında öz təsdiqini tapdı. Vətənimizin azadlığı yolunda şəhid olan hər bir qəhrəman əsgərimizin qarşısında baş əyirik! Eşq olsun bu aslan igidləri vətənimizə bəxş edən, onları vətənpərvərlik ruhunda tərbiyə edən ata və analara!

Qüdrətli dövlətimizin hərbi gücü sayəsində azğın, mənfur və rəhmsiz düşmən məhv edildi, məğlubiyyətə düçar edildi. Millətimizin milli ruhu sanki yenidən özünə qayıtdı, qürur mənbəyimiz olan igid oğullarımız böyük vətənpərvərliklə müqəddəs torpağımızdan rəzil düşməni təmizlədi. 44 günlük Vətən savaşında hər birimizin qəlbi Qarabağla döyündü. Millətimiz, bütün azərbaycanlılar bir dəmir yumruq kimi birləşdi.

Yaşadığımız günlərdə illərlə özümüzə “qonşu” bildiyimiz, çörək-su verdiyimiz, dili də, tarixi də saxta olan bu hibrid, qəbilə təfəkküründə olan xalq bizə tarix boyu etdiyi haqsızlıqların cəzasını aldı, ilahi ədalət öz hökmünü göstərdi, haqqın səsi ucaldı.

Ana kitabımız olan “Kitabi-Dədə Qorqud”da deyildiyi kimi, “qarı düşmən dost olmaz”. Məhəbbət dastanımız olan “Əsli və Kərəm”də bu xalqın bizə genetik nifrətinin şahidi oluruq. Mir Möhsün Nəvvabın yazdıqları hələ XIX əsrdə bu mənfur xalqın bizə verdiyi əzablar haqqında tarixi sənədlərdir. Heç zaman dövləti və sabit məskunlaşma yeri olmayan, özlərini süni olaraq “hay” adlandıran, bəzi mənbələrə görə Kilikiyadan, bəzi mənbələrə görə isə Şərqi Anadoludan gəldiyi ehtimal edilən, əslində isə vətəni də, mənşəyi də bilinməyən və  tarixi Azərbaycan torpaqlarında sonradan zorla məskunlaşdırılan bu qaraçı tayfası daima “Böyük Ermənistan” xülyası ilə yaşamışdır. Dünyada “erməni xəstəliyi” deyilən bir virusun daşıyıcısı olan bu vəhşi “qəbilə” Azərbaycan xalqının onlara göstərdiyi qonaqpərvərlikdən sui-istifadə edərək zaman-zaman tarixi ərazilərimizdə özlərinə dövlət qurmuşdur. Qafqaz ərazisində Azərbaycan türkünün ən aborigen, avtoxton etnos olması faktı onları hər zaman qısqandırmış və onlar bizim qədim mədəniyyətimizə qarşı səlib yürüşü aparmışlar. Nəhayət, ilahi ədalət öz sözünü dedi və bu mənfur düşmən öz cəzasını aldı və inşallah da, alacaqdır.

Cənab Ali Baş Komandan İlham Əliyev xalqımıza şanlı qəhrəmanlıq tarixi bəxş etdi. Şuşa şəhərini, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarını işğaldan azad edən Azərbaycan əsgəri tarixi zəfərə imza atdı. Tezliklə Ağdamın, Laçının, Xankəndinin, Xocalının, Xocavəndin, Kəlbəcərin tam azad olunacağı xəbəri bizə böyük ruh yüksəkliyi bəxş edir. Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında illərdir içimizdə sızıldayan vətən həsrətinin acısını şirin duyğulara çevirən igid əsgərlərimiz namərd düşmənə amansız zərbə vurdu. 200 ildir Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparan mənfur, alçaq, rəzil düşmən öz cavabını aldı. Azərbaycan əsgəri qanı və canı bahasına torpaqlarımızı düşmən əsarətindən azad etdi. Döyüş meydanlarında Əlif Hacıyev, Əliyar Əliyev, Allahverdi Bağırov, Mübariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Cəbrayıl Dövlətzadə kimi nər oğullarımızın qisası alındı. Qarabağ savaşının bütün günahsız qurbanlarının ruhu sevindi. Erməni vəhşiliyinin, erməni faşizminin günahsız qurbanları olan məsum körpə balalarımızın ahı onları tutdu.

Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda tezliklə abadlığın, rifahın qurulacağı gün çox yaxındır.

Təsadüfi deyilmir ki, tarixi yaradanlar sərkərdələrdir. Azərbaycan xalqının əbədi sevgisini qazanan qalib Ali Baş Komandanımız, millətimizin fəxri İlham Əliyevə eşq olsun! Qəhrəman Azərbaycan əsgərinə eşq olsun! Uca Tanrım Ali Baş Komandanımızı və igid, qartal baxışlı, aslan ürəkli, bozqurd ruhlu əsgər və zabitlərimizi qorusun! Eşq olsun Azərbaycan – Türkiyə dostluğuna, qardaşlığına! Tezliklə Şuşamızda xarı bülbülün ətrini duymaq diləyi ilə bütün xalqımı böyük qələbə münasibətilə təbrik edirəm.

Baba MƏHƏRRƏMLİ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, Türk Dil Qurumunun müxbir üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: