Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponim milliləşdiriləcək
13.11.2020 14:28
  • A-
  • A
  • A+

Ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponim milliləşdiriləcək

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektoru yaradılıb. Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qara Məşədiyev sözügedən sektorun müdiri təyin edilib.

Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub.

Toponimika sektoru toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponimin adının dəyişdirilməsi, milliləşməsi məsələləri ilə məşğul olacaq. Həmçinin işğaldan azad edilmiş rayonlarda küçələrə, meydanlara, parklara Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin adlarının verilməsi təklifini də irəli sürəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: