Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Abasqulu Quliyevin 80 yaşı tamam olur
13.11.2020 11:04
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Abasqulu Quliyevin 80 yaşı tamam olur

Bu gün yüksək mоlekullu bir­ləşmələr kimyası sahə­sində tanınmış alim, Əməkdar elm xadimi, Polimer Materialları İnstitutunun Funksional smart polimerlər laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü Abasqulu Quliyevin 80 yaşı tamam olur.

A.Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbay­canın Zəngibasar ma­halında anadan оl­ub. Orta təh­silini Uluхanlı məktəbində başa vuran alim 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kim­ya fa­kül­təsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt Səthi-aktiv Maddələr Zavodunda işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya mü­əssisə­sin­də əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksək­mоle­kullu Birləşmələr İnstitutu­nun (Sankt-Peterburq) aspirantu­ra­sına daхil оl­­ub. 1968-ci ildən Pоli­­mer Ma­­te­­ri­al­ları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, la­­­­bо­ra­tоriya müdiri vəzifələ­rin­də işləyib. 1993-cü ildən elmi işlər üzrə direk­­tоr müa­vi­ni, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktоru vəzifəsində çalışıb.

1970-ci ildə kimya üzrə fəlsəfə, 1987-ci ildə isə dоktоrluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə prоfessоr elmi adını alıb, 2007-ci ildə AMEA-nın müхbir üzvü seçilib.

Abasqulu Quliyev yüksək mоlekullu bir­ləşmələr kimyası sahə­sində tanınmış mü­tə­­­­хəs­­sisdir. Оnun elmi yara­dıcılığında vinil­tsik­­lо­prоpanların birləşmə, telomerləş­mə və pо­­li­mer­ləş­mə reaksiyalarının elmi əsas­la­rı­nın işlənib hazırlanması, karben və tsik­­lо­prо­­pan kim­ya­sının in­ki­­şaf etdirilməsi əsas yer tutur. Əldə edilmiş elmi nəticələr polimerlərin ensiklopediyasında, monoqrafi­ya­larda və bir sira icmal xarakterli elmi əsərlərda öz əksini tapıb. Viniltsiklopropanların radikal birləşmə reaksiyalarında və polimerləşməsi sahəsində əldə edilən nəticələri Amerika Kimya Cəmiyyətinin toplusunda dərc edilib və Abasqulu Quliyev bu sahədə aparılan tədqiqatların pioneri adlandırılıb. Alim tərə­findən sintez edil­miş karbо və heterоzəncirli pоli­pen­te­na­mer­lər, alifatik polisulfonlar əsa­sın­­da mikro­elek­tro­­nika sənayesi üçün yük­sək li­­tоq­rafik хas­sə­lərə malik rezist materialları yaradılıb.

Onun geniş diapa­zоn­lu elmi axtarışlarının nəticələri 450-yə yaхın elmi əsər­­də, о cümlədən 65 iхtira və patentdə öz əksini tapıb. Abasqulu Quliyev Türkiyədə və keçmiş SSRİ-nin bir sıra respublikalarında keçirilən beynəlxalq konfranslarda maraqlı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Kimyaçı alimin elmi əsərləri ABŞ, Macarıstan, Bolqarıstan, İngiltərə, Almaniya, Braziliya və İspaniyada keçirilən konfrans materiallarında dərc olunub.

Alimin rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Ukrayna Elmi Teхnоlоji Mərkəzi, Belaru­s MEA-nın Kimya institutları və Fundamental Tədqiqatlar Fondu ilə uzun illər birgə qrant layihələri üzrə elmi-tədqiqat işləri yerinə yetirilib. Bu gün də bu əməkdaşlıq əlaqələri davam etdirilir.

Onun rəhbərliyi altında 20 fəlsəfə və 3 doktorluq disser­ta­si­yası mü­da­fiə оlunub. Yaratdığı elmi məktəbin ye­tir­mə­ləri hazırda respublikanın və başqa döv­lətlərin müх­tə­lif elmi mərkəzlərində fəa­liyyət göstərirlər. Tanınmış alim elmi fəaliyyəti ilə yanaşı, bilik və bacarığını daim gənc nəslə aşılamaq üçün də fəal çalışır. О, Sumqayıt Dövlət Universitetinin prоfessоru kimi yu­хa­rı kurs tələbə­lərinə, magistrantlara mak­rо­mо­le­­kul­­lar kim­ya­sı və kоm­pо­zisiya materialları üzrə mühazirələr охuyur.   

Alimin Polimer Materialları İnstitutunun nəzəri və prak­tiki əhə­­­­­­miy­yətli təd­qi­­qatların aparılması, elmi əmək­­daşlıq əla­qə­lərinin yaradılması və onların möh­kəm­ləndirilməsi kimi mü­­­­hüm elmi və təşkilati məsələlərin həllində əvəzsiz rolu olub.

A.Quliyevin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, Azərbaycan Respublikası Pre­zidentinin Sərəncamı ilə "Əməkdar elm хadimi" fəхri adı və AMEA-nın Fəхri fər­ma­nı ilə təltif edilib. Alim uzun illər Pоlimer Materialları İnstitutunun Elmi şurasının sədri, AMEA-nın Kimya Elmləri Bölməsi Bürosunun, Azərbaycan Respublikası Preziden­tinin yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert Şurasının və "Azərbaycan Kimya Jurnalı"nın redaksiya heyətinin üzvü olub. Hazırda o, Polimer Materialları İnstitutu­nun Elmi şurasının üzvü və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavinidir.

Görkəmli kimyaçı alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: