Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.11.2020 10:26
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin tədqiqatlarının nəticəsi impakt faktorlu jurnallarda dərc olunub

Kimyaçı alimlərin tədqiqatlarının nəticəsi impakt faktorlu jurnallarda dərc olunub

AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Fiziki və fiziki-kimya tədqiqatlar şöbəsinin müdiri, kimya elmləri doktoru, professor Rəna Cəfərova, Spektroskopik analiz laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Yolçuyeva və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Mətləb Xamiyevin birlikdə apardıqları tədqiqatların nəticələrinə həsr olunmuş məqalələri yüksək impakt faktorlu “Petroleum Science and Engineering” (Elsevier) və “Applied Petrochemical Research” (Springer) jurnallarında dərc edilib.

Məqalələrdə yüksəkhəssaslıqlı spektral cihazların (UB-, İQ-, NMR-, xromato-kütlə spektrometrlər) və lüminessensiya metodunun kompleks tətbiqi ilə xam neftin aromatik komponentlərinin fiziki-kimyəvi, spektral-lümissent xassələrinin, struktur-qrup tərkiblərinin tədqiqi, həmçinin işıq şüalarının təsiri ilə neftin tərkibində baş verən dəyişikliklərin öyrənilməsi, eləcə də onlarda gedən fotokimyəvi proseslərin mexanizmlərinin araşdırılması və tətbiqindən bəhs edilir.

Qeyd edək ki, impakt faktoru 3,7 olan “Petroleum Science and Engineering” (Elsevier) və “Applied Petrochemical Research” (Springer) jurnalları “Web of science” beynəlxalq elmi bazasına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: