Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutu təşəkkürnamə ilə təltif edilib
12.11.2020 17:32
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu təşəkkürnamə ilə təltif edilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu hərbi müəssisə və qulluqçulara göstərilən mütəmadi dəstək və yardımlara görə N saylı hərbi hissə tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Hərbi hissənin zabit və əsgərləri institutun kollektivinə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə atılan hər bir addıma görə təşəkkürlərini bildiriblər.

Qeyd edə ki, müharibə dövründə ordunun qalibiyyəti, əsgərlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması, ölkəmizin ədalətli mübarizəsinin regional və dünya səviyyəli elm və media qurumlarında obyektiv şəkildə işıqlandırılması, milli maraqların qorunması istiqamətində Fiziologiya İnstitutu bir sıra işlər görüb. Eyni zamanda müəssisə əməkdaşları cəbhəboyu ərazilərdəki hərbi hissələrə səfər edib, hərbçilərimizə sovqat, isti geyimlər, dərman vasitələri aparıb, “Könüllü poçt” kampaniyası çərçivəsində mütəmadi olaraq Azərbaycan ordusunun əsgər və zabitlərinə vətəndaşlarımız tərəfindən yazılan, onlara mənəvi dəstək, qələbə ruhu verən məktublar çatdırıb, qana ehtiyacı olan hərbçilərimiz üçün qanvermə aksiyasında iştirak ediblər.

Hər şey vətən üçün! Yaşasın Azərbaycan!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: