Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Elmi Kitabxanada qələbə münasibətilə tədbir keçirilib
12.11.2020 16:16
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada qələbə münasibətilə tədbir keçirilib

Azərbaycanın sentyabrın 27-dən başlayan haqq savaşı Ali Baş Komandanımız İlham Əliyev və şücaətli ordumuz sayəsində qələbə ilə nəticələnərək hərb tarixinə qızıl hərflərlə yazıldı. Bütün ölkədə sevinc və fəxarət hissi yaşadan bu xəbər AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları tərəfindən də böyük coşqu ilə qarşılanıb.

MEK kollektivi də bu tarixi günün sevincini birlikdə bayram kimi qeyd ediblər. Başda rəhbərlik olmaqla MEK-in işçiləri öncə müstəqillik uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar.

Daha sonra tədbir kitabxanada davam edib. Tədbirdə çıxış edən MEK-in direktoru Sevil Zülfüqarova Qarabağ zəfərinin sevincini onlara bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığını bildirərək, millətimizə yaşatdıqları qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib.

Ermənistanın torpaqlarımızda digər mədəniyyət nümunələri kimi, kitabxanalarımıza da qarşı apardığı vandalizm siyasətini diqqətə çatdıran S.Zülfüqarova Qarabağ və ətraf rayonlarda məhv edilən kitabxanalarımızın gələcəkdə bərpasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: