Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunda tarixi qələbəmiz qeyd olunub
12.11.2020 16:05
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda tarixi qələbəmiz qeyd olunub

Noyabrın 12-də AMEA-nın Biofizika İnstitutunda Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə müstəqil Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov şanlı qələbəmiz münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun canı-qanı bahasına əldə etdiyi tarixi qələbə xalqımızın yaddaşında əbədi olaraq həkk olunacaq. O, əldə olunan böyük zəfərin müzəffər ordumuzun mütəşəkilliyinin və Ali Baş Komandanın apardığı güclü ordu quruculuğu strategiyasının məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb: "Azərbaycan ordusu 44 gün ərzində 30 ilin həsrətinə son qoyaraq Ermənistanı diz çökməyə və kapitulyasiyaya məcbur etdi. Prezident İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Azərbaycan öz gücünü bütün dünyaya göstərmiş oldu. Tarixi ədalət bərpa olundu!".  

Tədbirdə digər çıxış edənlər də Ali Baş Komandanın rəhbərliyi ilə bu tarixi nailiyyətin sevincini bizə yaşadan müzəffər ordumuza sonsuz təşəkkürlərini ifadə ediblər.

Sonda “Yaşasın rəşadətli Azərbaycan Ordusu!”, “Yaşasın Ali Baş Komandanımız”, “Yaşasın Azərbaycan xalqı!” şüarları səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: