Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Polimer Materialları İnstitutu müsabiqə elan edir
11.11.2020 14:12
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu müsabiqə elan edir

AMEA-nın Polimer Materialları İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçi, kiçik elmi işçi, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının kiçik elmi işçi, Xüsusi təyinatlı oliqomerlər və polimerlər laboratoriyasının elmi işçi, Heterotsiklik birləşmələr laboratoriyasının elmi işçi, Biomimetik polimer materialları laboratoriyasının elmi işçi, Poliefir- və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçi, eləcə də İnformasiya-telekommunikasiya və nəşriyyat işləri şöbəsinin kiçik elmi işçisi vəzifələrinin hər birinə 1 yer, İşığahəssas və optiki şəffaf polimerlər laboratoriyasının elmi işçisi vəzifəsinə isə 2 ştat vahididir.

Müsabiqədə uyğun olaraq magistr təhsili, elmi dərəcəsi və göstərilən elm sahəsində təcrübəsi olanlar iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə əsasən, elan dərc olunan gündən 1 ay müddətinə təqdim edilməlidir.

Ünvan: AZ 5004, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 124

Tel.: (018) 642 00 75, (018) 585 11 75

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: