Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Şahin Mustafayev Moskvada səfərdə olub
19.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şahin Mustafayev Moskvada səfərdə olub

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Rusiyanın Moskva şəhərində səfərdə olub.

Səfər çərçivəsində azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini, professor V.Belokrenitski ilə görüşüb.

Görüşdə iki elmi müəssisə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin, konfransların təşkili və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ötən il Bakıda keçirilmiş Gənc şərqşünasların beynəlxalq konfransından danışan V.Belokrenitski tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Rusiyalı alim institutlar arasında, xüsusilə türkologiya, iranşünaslıq və ərəbşünaslıq sahəsində əməkdaşlıq imkanlarından söz açıb.

Ş.Mustafayev Rusiya EA Şərqşünaslıq İnstitutunda Türkiyə sektorunun əməkdaşları ilə də görüşüb, həmçinin institutun nəşrləri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: