Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanın məhv edilmiş maddi mədəniyyət abidələrinə dair vebinar-konfrans keçiriləcək
06.11.2020 14:47
  • A-
  • A
  • A+

Azərbaycanın məhv edilmiş maddi mədəniyyət abidələrinə dair vebinar-konfrans keçiriləcək

25 dekabr 2020-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” adlı vebinar-konfrans keçiriləcək.

Tədbirdə “İrəvan və ətraf rayon, şəhər, kənd yerlərində Azərbaycanın maddi-mədəniyyət abidələri”, “İrəvan xanlarının saray kitabxanaları, alim və üləmaların, görkəmli şəxsiyyətlərin şəxsi kitabxanaları, muzeyləri”, “Qarabağ və ətraf yerlərin işğalı nəticəsində talanmış, məhv edilmiş kitabxana və muzeylər”, “Qarabağa və onun şəhər, qəsəbə, kəndlərinə həsr olunmuş biblioqrafik kitablar, kitabxanalarda keçirilmiş sərgilər, tədbirlər və s. (ümumi və ya müxtəlif kitabxanaların nümunəsi əsasında)”, “Azərbaycana məxsus antik əşyaların, qiymətli materialların dünya hərracına çıxarılması”, “Beynəlxalq hüquq və qanunların pozulması və işğalçı dövlətin məsuliyyətə cəlb olunması (Haaqa konvensiyası, YUNESKO-nun maddi-mədəni irsin qorunması haqqında aktları və s)” mövzularında müzakirələr aparılacaq.

Vebinarda iştirak etmək istəyən şəxslər tezislərini 10 dekabr 2020-ci il tarixinə qədər mekkonfrans@gmail.com ünvanına göndərməlidir.

Tezislərin tərtibinə dair tələblər:

- Səhifənin yuxarı sağ tərəfində 11 şriftlə (times new roman) müəllifin adı, soyadı, atasının adı, işlədiyi və ya təmsil etdiyi qurumun adı, əlaqə nömrəsi, eletron poçt ünvanı ardıcıllıqla yazılmalı, ortada 12 qalın şriftlə, böyük hərflərlə tezisin adı qeyd olunmalı, aşağıda sol tərəfdə kursivlə 3 dildə (Azərbaycan, rus, ingilis) açar sözlər qeyd edilməlidir;

- Tezis 12 şriftlə (times new roman) yazılmalı, 1-3 səhifə həcmində olmalıdır;

- Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir.

Konfrans koronavirus pandemiyasına görə onlayn formatda “ZOOM” proqramı vasitəsilə həyata keçiriləcək və qoşulma kodu iştirakçılar üçün elan olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: