Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ankara Universitetinin rektoru: “Azərbaycan canımızdan bir candır”
04.11.2020 14:40
  • A-
  • A
  • A+

Ankara Universitetinin rektoru: “Azərbaycan canımızdan bir candır”

“Qarabağ Azərbaycan torpağıdır və dərhal da azadlığına qovuşmalıdır. Cənab İlham Əliyevin də dediyi kimi, "Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır", yəni qədim türk torpağıdır. 27 il öncə haqsız şəkildə Ermənistan ordusu tərəfindən işğal edilib və bu illər ərzində təəssüf ki, Qərb dünyası Azərbaycanın bu haqlı davasını görməmək üçün əlindən gələni etdi. Amma hal-hazırda qürurla və böyük bir məmnuniyyətlə görürük ki, Azərbaycan ordusu müharibənin əxlaqına və qayda-qanunlarına uyğun bir şəkildə özünə aid torpaqları işğaldan azad edir. Artıq bir çox kənd-qəsəbələr və rayonlar Azərbaycan torpağına qatılıb. Amma burada çox incə nüans var, Azərbaycan özünə aid olan torpaqları almış olur.

Məlumdur ki, Qafqaz coğrafiyasında türk torpaqlarına yönələn, Azərbaycan torpaqlarına yönələn Ermənistan ordusunun haqsız işğallarına səssiz qalınır. 1988-ci ildən bu yana planlı şəkildə Dağlıq Qarabağ bölgəsi addım-addım Ermənistan torpaqlarına qatıldı. 1992-ci ildə Xocalıda böyük bir soyqırımı həyata keçirildi. Orada 11 000 insanın yaşadığı yerdə ölənlər öldü, qaçanlar qaçdı, bir qismi əlil qaldı. Həmin ildən etibarən də planlı şəkildə Qarabağın müxtəlif ərazilərindəki insanlar öz torpaqlarından didərgin düşmək məcburiyyətində qaldı. Həmin insanlar qaçqın və məcburi köçkün olaraq əksəriyyəti Bakı və Bakıətrafı ərazilər olmaqla Azərbaycanın müxtəlif şəhərlərində həyatlarına davam etmək məcburiyyətində qaldılar. Budur ədalət? Onlar illərdir ki, öz vətənlərinin həsrəti, ana-atalarının məzarlarını ziyarət etmənin həsrəti ilə yaşayırlar. Amma zaman o zaman deyil, son 27 ildə Azərbaycan ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi qaydalara uyğun çox uğurlu mübarizə aparır və özünə aid torpaqları Azərbaycan torpaqlarına qatır, amma bunun qarşılığında Ermənistan nə edir? Mingəçevirdə, Gəncədə, Bərdədə yaşanan məsum, sivil xalqın üzərinə bombalar yağdırır. Yenə insanlar ölür, yenə öz torpaqlarından didərgin düşürlər.  28 il öncə Xocalıda olduğu kimi yenə uşaqlar atalarının qucaqlarında vəhşicəsinə atılan bombalarla həyata gözlərini yumurlar. Təəssüf ki, tarix yenidən təkrar edilir. Amma indiki Azərbaycan 1992-ci ildəki deyil.

Bu gün Azərbaycan ordusu yüksək təlim keçmiş hərbçiləri ilə çox uğurlu bir əməliyyat aparır. Biz Azərbaycan xalqı üçün mütəmadi dua edirik. Azərbaycan canımızdan bir candır, əlbəttə ki, başı dərddə olanda köməyinə getməliyik, dualar etməliyik. 28 ildir öz torpaqlarından uzaqda yaşayan milyonlarla insan var. Onların yeri-yurdu, yaşayışı - hər şeyi o torpaqlardadır - Qarabağdadır. Qardaş Türkiyə olaraq Azərbaycanın bu haqlı davasında biz də daima sizin yanınızdayıq. 27 il sonra necə ki Füzuli torpaqlarında məscidlərdən azanlar yüksəldisə, inşallah tezliklə Dağlıq Qarabağın hər yerində, ən başda da Şuşada azan səsi dalğalanacaq”.

Necdet Ünüvar, Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) millət vəkili, Ankara Universitetinin rektoru

Hazırladı: Dürrə Həsənova, science.gov.az 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: