Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunun əməkdaşları çöl tədqiqatları aparıblar
04.11.2020 11:15
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun əməkdaşları çöl tədqiqatları aparıblar

AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geologiya” və “Geologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan II kurs magistrantları dissertasiya işlərinin yerinə yetirilməsində böyük əhəmiyyət kəsb edən çöl tədqiqatları aparıblar.

Palçıq vulkanizmi, həmçinin Geotektonika və regional geologiya şöbələrinin magistrantları Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, İsmayıllı, Oğuz və Qəbələ rayonlarında geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Əşrəf Qurbanov və yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun rəhbərliyi altında işlər görüblər.

Tədqiqatlar zamanı sözügedən ərazilərdən nümunələr götürülüb.

Qeyd edək ki, çöl ekspedisiya işlərinin aparılmasında əsas məqsəd həmin ərazilərdən götürülmüş nümunələrin müvafiq laboratoriyalarda müqayisəli şəkildə öyrənilməsidir. Sonda bu nümunələrin nəticələri analiz olunaraq dissertasiya işində öz əksini tapacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: