Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutundan ordumuza dəstək
03.11.2020 17:05
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutundan ordumuza dəstək

AMEA-nın Polimer Materialları İnstitutunun kollektivi torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüz uğrunda qəhrəmanlığı ilə düşmənə layiq olduqları cəzanı verən Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 11 min 251 manat vəsait köçürüb. Həmçinin institutun Həmkarlar Təşkilatı da fonda əlavə olaraq 2 min manat yardım edib.

Müharibənin başladığı ilk günlərdən etibarən Ali Baş Komandanımız cənab İlham Əliyevə və Milli Ordumuza müxtəlif formalarda dəstəyini nümayiş etdirən  Polimer Materialları İnstitutunun əməkdaşları bu çətin və şərəfli günlərdə bütün imkanları ilə silahlı qüvvələrimizə dəstək verməyə hazır olduqlarını bildirir, çox yaxın günlərdə daimi iftixar və qürur mənbəyimiz olan üçrəngli bayrağımızın Şuşada dalğalanacağına inanır.

Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: