Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb
03.11.2020 16:02
  • A-
  • A
  • A+

“Elm və həyat” elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb

AMEA-nın "Elm və həyat" elmi-populyar jurnalının "Qarabağ Azərbaycandır!" şüarı ilə cari ildə 3-cü nömrəsi nəşr olunub.

Yeni sayda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin dünyanın aparıcı təşkilatlarına Ermənistanın hərbi təxribatları və Qarabağ həqiqətləri ilə bağlı müraciəti, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Türkiyənin mənəvi dəstəyi və etibarlı qardaş sözü!", AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərov və Əfruz Qurbanovanın "Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri", biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyevanın "SARS-CoV-2 (Covid-19) virusunun yoluxma mexanizmi" və kimya elmləri doktoru, dosent Əfsun Sucayevin "Azərbaycan təkcə nefti ilə deyil, alimləri ilə də tarix yazıb" sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, professor Tokay Hüseynov və biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyevanın "Azərbaycanda yod çatışmazlığı problemləri", fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın "Əhmədiyyə Cəbrayılov haqqında ilk oçerk: tarixə retospektiv baxış", professor Asif Məmmədovun "Kimyada 3D modelləşmənin tətbiqi", biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyevin "Abşeronun landşaft memarlığında bitkilərdən istifadənin bəzi prinsipləri", filologiya elmləri doktoru İslam Sadıqin "Şumer və türk dillərində hallar və hal şəkilçiləri", Ramin Əlizadə "Arsak toponiminin mənşəyi" və digər məqalələr də oxuculara təqdim olunur.

Jurnalda rus dilində maraqlı məqalələr də yer alıb.

Qeyd edək ki, “Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktorun müavini, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul redaktoru AMEA-nın Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul katibi isə həmin şöbənin baş mütəxəssisi Sərvan Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: