Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ermənistanın hərbi təcavüzündən zərər çəkmiş Tərtər sakinlərinə yardım göstərilib
03.11.2020 15:37
  • A-
  • A
  • A+

Ermənistanın hərbi təcavüzündən zərər çəkmiş Tərtər sakinlərinə yardım göstərilib

Sentyabr ayının 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və sərhədboyu ərazilərimizi iriçaplı artilleriya qurğularından atəşə tutması nəticəsində başlanmış müharibəyə görə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində müvəqqəti yerləşmiş Tərtər rayonundan mülki vətəndaşlara yardım göstərilib.

Belə ki, AMEA-nın Azad Həmkarlar İttifaqıArxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Həmkarlar Təşkilatının təşəbbüsü ilə televizor, 56 ədəd dəsmal və yataq dəsti alınıb. AEİ-nin Həmkarlar Təşkilatının sədri Əbuzər Ələkbərov onlarla görüşərək malları təqdim edib.

Arxeologiya və Etnoqrafiya İnstitutu bu təqdirəlayiq missiyanı, həmçinin “Ay Clinic”, “MEM” Psixologiya Mərkəzi və “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatı ilə birlikdə də həyata keçirib. Sözügedən təşkilatların köməyi ilə mətbəx ləvazimatları, pal-paltar, yorğan-döşək, təmizlik vasitələri, qida və digər zəruri məhsullar alınaraq mülki vətəndaşlara verilib.

Tərtər sakinləri göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirdilər.

Bir olaq! Birlikdə olaq! Qarabağa dəstək olaq!

Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: