Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkı cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib
27.10.2020 16:02
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkı cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib

Müharibənin başladığı ilk günlərdən etibarən qəhrəman ordumuza müxtəlif formalarda dəstəyini nümayiş etdirən AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşən, ərazi bütövlüyümüzün bərpası üçün mübarizə aparan əməkdaşlarının ailələrinə yardım edib.

Belə ki, əks-hücum əməliyyatlarında könüllü iştirak edən YT Parkın və onun rezidenti Təcrübə-Sənaye Zavodunun əməkdaşlarının ailəsinə bir aylıq əməkhaqqı miqdarında maddi yardım olunub.

Qeyd edək ki, bundan öncə YT Park və onun rezidenti Təcrübə-Sənaye Zavodu Milli Ordumuza dəstək təşəbbüsünə qoşulub, tibb məntəqələri və hərbi hissələrə çox sayda zəruri tibbi ləvazimatlar, eləcə də zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: