Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor İlham Məmmədzadə beynəlxalq forumda iştirak edib
27.10.2020 12:56
  • A-
  • A
  • A+

Professor İlham Məmmədzadə beynəlxalq forumda iştirak edib

Böyük türk alimi və filosofu Əbu Nəsr Məhəmməd əl-Fərabiyə (870-950) həsr edilən “İpək yolunda sivilizasiyaların səslənməsi” mövzusunda beynəlxalq onlayn forum keçirilib.

Tədbir Beynəlxalq Türk Akademiyası, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, Qazaxıstan və İranın birgə təşəbbüsü ilə baş tutub.

Bir çox ölkələrin elm xadimlərinin iştirak etdiyi forumda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Mədəniyyətlərin bir-birinə təsirinin fəlsəfəsi və yeni İpək Yolu” mövzusunda çıxış edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali konfransda iştirakına görə İlham Məmmədzadəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, forumun materialları toplu halında çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: