Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar
27.10.2020 11:02
  • A-
  • A
  • A+

Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar

Ermənilər Azərbaycanın işğal altında olan ərazilərindəki kəhrizlərin quyularına minalar, partlayıcı və zəhərli maddələr, insan meyitləri atıblar.

Bunu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən işğal altındakı kəhrizlərlə bağlı ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri görülməli, yalnız bundan sonra ondan istifadə edilməlidir. Bu gün Azərbaycanda 665-ə yaxın kəhrizin olduğunu deyən Ə.Quliyev bildirib ki, ölkənin işğal edilımiş ərazilərində 332 kəhriz olub.

Bu kəhrizlərin qeydiyyata alınmadığını vurğulayan institut direktoru əlavə edib ki, yalnız Cəbrayılda 111 kəhriz var: “Cəbrayıldakı kəhrizlərin il ərzində 34 milyon kub metr su vermək imkanı var. Bu, az su deyil. Belə imkan Füzulidə, Ağdamda, Dağlıq Qarabağda da var”.

Ə.Quliyev hesab edir ki, Azərbaycanda ölkə miqyasında kəhrizlərə nəzarət edən ayrıca qurum yaradılmalıdır. Bu qurum kəhrizlərin suvermə potensialından istifadəni təmin etməlidir.

Azərbaycanda kəhrizlərdən ötən əsrdə il ərzində təxminən 500 milyon kub metr su götürüldüyünü xatırladan Ə.Quliyev bu gün Naxçıvanda kəhrizlərdən istifadə edildiyini, buradan il ərzində 50-60 milyon kub metr su götürüldüyünü nəzərə çatdırıb: “Kəhrizlərdən çox cüzi xərclə su götürmək mümkündür. Hazırkı dövrdə bu sulardan istifadə çox aktual məsələdir. Nəzərə alsaq ki, kəhrizlərdən cüzi xərclə ekoloji təmiz su çıxır, biz buna sahib çıxmalıyıq”.

"Trend.az"

  • Paylaş: